ABŞ hər şeyə rəğmən İranla razılaşma əldə etməyə çalışacaq - Vens

09:00 09.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ İsrailin bu məsələdəki mövqeyindən asılı olmayaraq, İranla, o cümlədən onun nüvə proqramı ilə bağlı uzunmüddətli razılaşmanın əldə olunması istiqamətində səylərini davam etdirəcək.

Hafta.az xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens “Fox News” telekanalına müsahibəsində bildirib.

Vens vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı uzunmüddətli razılaşma mümkündür:

"İsrail bunu bəyənsə də, bəyənməsə də, biz hesab edirik ki, belə bir razılaşma ABŞ-nin milli maraqlarına uyğundur. Buna görə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Vaşinqton İranın nüvə proqramı ilə bağlı diplomatik həll yolunun tapılmasını prioritet hesab edir və bu məqsədlə danışıqlar prosesini davam etdirmək niyyətindədir".